ANAMA satınalma mütəxəssisi axtarır



 15:30 12.03.2024     279

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Aparatın Satınalmalar və müqavilələrin icrasına nəzarət şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edib.

Demedia.az xəbər verir ki, ANAMA-da satınalma mütəxəssisi işləmək istəyənlər üçün sənədlərin qəbulu başlayıb.

Sənəd qəbulu cari ilin 10 aprel tarixinədək həyata keçiriləcək.