Ötən il Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik əsasən İrandan gətirilib
Ötən il Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr əsasən İran İslam Respublikasından gətirilib.
Demedia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, xaricdən Azərbaycana gətirilən narkotik vasitələr üzrə məsuliyyətə cəlb edilmiş 100 əcnəbidən 37-si İran, 32-si Türkiyə, 13-ü Rusiya, 12-si Gürcüstan, 2-si Özbəkistan, 2-si Türkmənistan, 1-i Tacikistan, 1-i Pakistan vatandaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 408 kq narkotik vasitə götürülüb.