Bu rayonda qaz olmayacaq
Bu gün Bakının Nərimanov rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Demedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Nərimanov rayonu, Keşlə qəsəbəsi, H.Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun bir hissəsinin (Atletlər kəndi, "Dost" İş mərkəzi, "Asan xidmət" mərkəzi, Dövlət Neft Fondu, Media kəndi, DİN hospitalı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də H. Əliyev və Z. Bünyadov prospektlərinin bir hissəsində və Böyükşor ərazisində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.