Azərbaycanda müasir ordu quruculuğu prosesi davam etdiriləcək



 12:38 15.03.2024     510

Azərbaycanda müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək.

Demedia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

O bildirib ki, dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq.

Baş nazir xatırladıb ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb (2022-ci illə müqayisədə 19,6% çox).