İlon Mask depressiyadan əziyyət çəkir



 14:20 19.03.2024     395

Milyarder İlon Mask depressiyadan əziyyət çəkdiyini və buna qarşı dərman qəbul etdiyini etiraf edib.

Demedia.az xəbər verir ki, bu barədə Mask CNN-in keçmiş aparıcısı Don Lemona müsahibəsində qeyd edib.

"Bəzən beynimdə heç bir mənfi xəbərlə əlaqəli olmayan depressiya kimi bir növ mənfi kimyəvi vəziyyət yaranır", - deyə Mask qeyd edib.

Milyarder əlavə edib ki, ketamin (psixotrop maddə) ona neqativ vəziyyətdən çıxmağa kömək edir.