Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib



 12:38 28.03.2024     258

Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilib.

Bu barədə Demedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah da olunub.

Məşğələlərdə əsas diqqət kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.