Bayramda Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaq
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/03/photo_25387.jpg)
Azərbaycanda Ramazan bayramı ilə əlaqədar aprelın 10-14-ü tarixlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.
Demedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir: "Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək".
"Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.