Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirininin müddətinin uzadılması barədə istintaq orqanını təqdimatına baxılıb.
Demedia.az xəbər verir ki, Nərmanov rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub.
Qərara görə, onun həbs müddəti daha 1 aya qədər uzadılıb.
Xatırladaq ki, sonuncu dəfə bu ilin yanvarın 31-də nazim Bəydəmirlinin həbs müddəti 2 aya qədər artırılmışdı.
Qeyd edək ki, daha əvvəl Nazim Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti 3 ay uzadılmışdı.
Qeyd edək ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.
Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, o, qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Nazim Bəyrəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Daha sonra ona əlavə Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.