FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb



 15:24 30.03.2024     372

Ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 6-sı azyaşlı olmaqla 7 nəfər xilas edilib, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Demedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən sutka ərzində 32 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.