Nazir: Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər...



 13:04 02.04.2024     286

Azad edilmiş ərazilərə qayıdan 1500 nəfər daimi işlə təmin edilib.

Demedia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

Onun sözlərinə görə, indiyədək təxminən 5000-dən artıq keçmiş məcburi köçkün öz yurduna qayıdıb: “Geri qayıdan vətəndşaların demək olar yarısı, təxminən 2500-dən çox insan əmək qabiliyyətli şəxslərdir. Onların həmin ərazilərdə öz həyatlarını qurmaları üçün məşğulluqları təmin edilməlidir”.