Xankəndidə avtomat və qumbaralar tapıldı



 10:00 05.04.2024     244

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Bu barədə Demedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.