Daha bir tiktoker həbs edildi - YENİLƏNİB - FOTO



 19:22 11.04.2024     601

Tiktokçu Ləman da saxlanılıb.

Demedia.az musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə Tiktokda "Ləman41" adı ilə tanınan Ləman Vəliyeva saxlanılıb.

Buna səbəb isə eynidir. Canlı yayınlar zamanı, milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydaları.

-------

15:42

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Demedia.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, "Po jizni Cesi" ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, "Roşka" ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq.

--------

09:29

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, "Po jizni Cesi" ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, "Roşka" ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.