Rusiya İranın hücumuna haqq qazandırdı



 17:28 14.04.2024     298

Rusiya İranla İsrail arasında baş verən gərginlikdən narahatdır, tərəfləri təmkinli olmağa çağırır.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatda bildirilib.

Rusiya XİN qeyd edib ki, İranın İsrailə hücumu BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində həyata keçirilib.

"Aprelin 14-nə keçən gecə İsrail ərazisinə çoxlu sayda raket və PUA-lar buraxılıb. İran XİN-in məlumatına görə, bu hücum BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində İranın regiondakı obyektlərinə, o cümlədən İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun binasına hücuma cavab olaraq həyata keçirilib. Həmin hücumu ölkəmiz də qəti şəkildə qınamışdı. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qərbli üzvləri İranın konsulluq missiyasına hücuma adekvat cavab verə bilməyib".

Rusiya XİN regionda növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduqlarını da diqqətə çatdırıb:

"Dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi sahəsində, məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların həll olunmaması gərginliyin artmasına səbəb olacaq. Biz bütün tərəfləri təmkinli olmağa çağırırıq".