Qarabağdan çıxan Rusiya sülhməramlıları... - Zakir Həsənov



 17:13 20.04.2024     275

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.

Demedia.az-ın məlumatına görə, nazir bunu Quru Qoşunlarının qərargahında aprelin 20-də xidməti müşavirədə deyib.

Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəni tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.