Ali Məhkəmənin hakimi intihar edib
Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Ağababaş oğlu Dadaşov intihar edib.
Demedia.az-ın məlumatına görə, 62 yaşlı hakim bu gün yaşadığı evdə özünə qəsd edib.
Qeyd edək ki, İ.Dadaşov 2002-2007-ci illərdə Azərbaycan İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsində, 2010-cu ildən isə Ali Məhkəmədə hakim vəzifəsində çalışıb.