Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb



 13:29 30.04.2024     299

Hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.

Demedia.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, onlardan 55 nəfərin şəxsiyyəti eyniləşdirilib.