Bakıda tıxac olan yollar - SİYAHI



 09:30 07.05.2024     134

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Demedia.az-a verilən xəbərə görə, hazırda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.

Hazırda:

1. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

6. Tbilisi prospekti, mərkəz istiqamətində;

7. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində

8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.