Həftədə 5 saat idman etməyin orqanizmə inanılmaz faydası
Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, həftədə beş saat fiziki fəaliyyət bədənin doymuş yağları yandırma üsulunu dəyişdirir və ondan enerji kimi istifadə prosesini işə salır.
Demedia.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Elm adamları insanın fitnes səviyyəsindən asılı olaraq müxtəlif növ yağların orqanizm tərəfindən necə istifadə edildiyini araşdırıb. Bunun üçün onlar iki könüllü qrupun iştirakı ilə təcrübə aparıblar. Birinciyə, sağlamlığı yaxşı olan təlim keçmiş kişi idmançılar, ikincisinə isə idmanla az məşğul olan və ya heç məşğul olmayan 2-ci tip diabetli könüllülər daxil olub. Hər iki qrup səkkiz həftəlik tədqiqat ərzində müntəzəm olaraq məşq ediblər.
İdmançılara adi məşqlərin intensivliyini azaltmaq tapşırılıb. Şəkərli diabet xəstələri həftədə beş saat dözümlülük məşqləri ediblər.
Təcrübədən əvvəl və sonra könüllülərə iynələr vasitəsilə az miqdarda müxtəlif yağlar verilib və onların əzələ hüceyrələrinin içərisində necə həll olduğunu görmək üçün MRT müayinəsi aparılıb.
Məlum olub ki, idmançılar arasında doymuş yağlar fiziki fəaliyyət zamanı “üstünlük verilən enerji mənbəyi” kimi intensiv istifadə olunur. Başlanğıcda, şəkərli diabet xəstəsi olan təlimsiz iştirakçıların bədəni ilk növbədə bu yağları "saxlayır" və onları dərialtı yağ şəklində toplayır. Bununla belə, məşq proqramını başa vurduqdan sonra diabetli xəstələrdə doymuş yağların metabolizması idmançıların metabolizminə bənzəyir. Bu, nəinki arıqlamağa, həm də bədəndə qlükoza tənzimlənməsinin yaxşılaşmasına kömək edir.