Balyand kəndi ilə bağlı kitabın təqdimatı keçirildi - VİDEO
Cəbrayıl rayonunun Balyand kəndi ilə bağlı kitabın təqdimatı keçirilib.
Demedia.az xəbər verir ki, "Balyand və balyatlılar" adlı kitabı “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri, Balyand kəndinin sakini Anar Cəbrayıllı təqdim edib.
Anar Cəbrayıllı kitabla və bu kitabın ərsəyə gəlməsi ilə bağlı geniş məlumat verib:
Daha ətraflı videoda:
Qeyd edək ki, Cəbrayıl rayonunun Balyand kəndi rayon mərkəzindən 17 kilometr şimal-şərqdə, Füzuli-Cəbrayıl avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. Əhalisi heyvandarlıq, üzümçülük və bağçılıqla məşğul olub. 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.