Rəisi öldü: bu məhsulun qiyməti qalxdı
Ticarət məlumatlarına görə, İran prezidenti İbrahim Rəisinin vəfatından sonra uran fyuçerslərinin qiyməti artıb.
Demedia.az xəbər verir ki, bazar ertəsi ticarəti nəticəsində “Comex” birjasında uran fyuçerslərinin qiyməti 0,44% artaraq 1 funt sterlinq üçün 91,35 dollar təşkil edib.
Bu ilin yanvarında uranın qiyməti 2007-ci ilin noyabrından bu yana ən yüksək həddə çataraq 100 dollara yaxınlaşıb, fevralda isə bir funt sterlinq üçün 106 dollardan yuxarı qalxıb.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.