Əziz Orucov barəsində qərar verildi



 16:25 21.05.2024     317

Məhkəmə Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar verib.

Demedia.az xəbər verir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti bir ay uzadılıb.

Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.