Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib



 11:35 29.05.2024     276

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

Demedia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, M.Abbasbəylinin işdən azad olunmasının səbəbi başqa işə keçməsidir.

Xatırladaq ki, Mustafa Abbasbəyli 2020-ci il iyulun 2-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.