Şəmkirdə iki nəfəri ildırım vuraraq öldürüb



 09:54 01.06.2024     402

Şəmkir rayonun Zəyəm qəsəbəsində qadını ildırım vuraraq öldürüb.

Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb.

Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənddə 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub.

O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində Qərb bölgəsində ildırım vurması nəticəsində daha bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.//Report.az