Çıxışına qadağa qoyulan 419 nəfərin ölkəni tərk etməsinin qarşısı alındı



 13:46 01.06.2024     497

Bu ilin mayında ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 23 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Bu barədə Demedia.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.