Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək



 16:17 01.06.2024     359

Şuşa Real Məktəbi ali təhsil və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, planlamaya görə burada tədris 2026-cı ilin sentyabrında başlayacaq: "Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".

E.Əmrullayevin sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək: "Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra daha çox məlumat verə biləcəyik”.//Report.az