Mikayıl Cabbarov mülki aviasiya işçilərini təbrik edib



 15:24 02.06.2024     302

İqtisadiyyat naziri Mikayıl Cabbarov mülki aviasiya sahəsinin işçilərini təbrik edib.

Demedia.az xəbər verir ki, nazir bununla bağlı “X”dəki səhifəsində paylaşım edib.

“2 iyun – ölkəmizdə hava nəqliyyatına olan təlabatın təmin edilməsində, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində, xarici ölkələrlə iqtisadi əlaqələrin qurulmasında mühüm rolu olan mülki aviasiya sahəsinin təmsilçilərinin peşə bayramı günüdür. Bu əlamətdar tarix münasibətilə mülki aviasiya işçilərini təbrik edir, hər zaman təhlükəsiz uçuş, aydın səma və xoş səfərlər arzulayırıq”, - M.Cabbarov qeyd edib.