Qusar xəstəxanasının mühafizəçisi döyüldü



 17:20 08.06.2024     267

Qusar xəstəxanasında muhafizəçini döydülər.

Demedia.azn məlumatına görə, Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi 1991-cil təvəlludlü Ruslan Kübərov iş vaxtı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştrilər ilə mübahisə edib. Daha sonra mübahisə Qusar xəstəxanasında davam etdirilib.

Mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qusar rayon Mərkəzi Xəstəxanasının ictimayətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova "Unikal"ın yerli bürosuna açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığnı bildirib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.