"Məni bəyənməyən, uğurlarıma şübhə ilə yanaşanlar..." - Röya Ayxan
“Məni bəyənməyən, uğurlarıma şübhə ilə yanaşan həmyaşıdlarım uğur qazana bilməyiblər. Eyni vaxtda sənətə gəlmişik, onlar kölgədə qalıblar. Fikirləşirsiniz ki, bu qız necə oldu Röya Ayxan oldu... Siz mənim ilk albomuma daxil olan mahnılarıma baxın. Ona görə bu gün mənim dilim də var, dilçəyim də. Sizi də çox sevirəm. Bu sənətə elə-belə başlamamışam”.
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan “Xəzər axşamı” verilişində deyib:
“Kimin sənəti varsa ona kömək edirəm. Mənə bu sənətdə televiziyalar və bəstəkarlar dəstək olublar. Başqa heç kimdən dəstək görməmişəm. Dəstək o sözdür ki, mənim yolumu bağlama, mənə əl vurma! Mən onsuz da öz yolumu gedirəm”.
Xalq artisti Balaəli Maştağalı və Orxan Lökbatanlının ona duet oxumaq təklifindən də danışıb: “Hələ ki bu haqda düşünmürəm. Musiqi sahəsi elədir ki, onun vaxtı gəlməlidir”.