İstanbulda Qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
Türkiyənin İstanbul şəhərində qəssab işləyən 56 yaşlı Doğan İçeloğlu infarkt keçirərək əlindəki bıçağın üzərinə yıxılıb.
Demedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Arnavutköy Hacımaşlı məhəlləsindəki xüsusi qurban kəsmə ərazisində baş verib.
Təcili yardımla Arnavutköy Dövlət Xəstəxanasına aparılan şəxsin müdaxilələrə baxmayaraq həyatını itirdiyi bildirilir.