Qəza oldu, “Koroğlu” və “20 Yanvar” istiqamətində sıxlıq yarandı


Nərimanov rayonu, Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm metronun “Koroğlu”, həm də “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.