Həsənlinin 699,5 bal toplaması xəbəri yalan çıxdı



 21:33 18.06.2024     432

Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır.

Demedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Xatırladaq ki, Lerik rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənlinin I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazandığı iddiası yayılmışdı.