Türkiyədən Azərbaycana göndərilən hədiyyə Qarabağa da aparılacaq



 23:30 18.06.2024     328

Türkiyənin bir sıra bölgələrindən Azərbaycana 100 min ədəd ağac tingi göndərilib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında köklü əlaqələr meşə təsərrüfatı sahəsində aparılan birgə işlərlə daha da möhkəmlənir.

"Azərbaycanla siyasi, iqtisadi və hərbi məsələlərdə əməkdaşlıq etməklə yanaşı, meşə təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir. Bu çərçivədə Eskişehir, Konya, Mersin, Urfa və Sakarya regional idarələrinin tingliklərində istehsal edilən şotland şamı, Karaçam (larch), dəfnə, akasiya kimi müxtəlif növlərdən 100 min ədəd ting Azərbaycana göndərilib. Göndərilən tinglər Qarabağda, Bakıda torpağa qovuşacaq, qardaş ölkəmiz Azərbaycanın gələcəyinə təmiz nəfəs olacaq", - məlumatda vurğulanıb.