Bu ay Azərbaycanda 12 nəfəri gün vurub



 13:29 20.06.2024     343

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Demedia.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub.