Azərbaycanda bəzi bölgələrdə yanğın təhlükəsi yüksəlib



 18:31 20.06.2024     384

Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəriciləri açıqlanıb.

Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvanda üzrə yanğın indeksi Ordubadda yüksək, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax bölgəsi üzrə yanğın indeksi Daşkəsəndə kiçik, Tərtər, Tovuz, Gədəbəy, Naftalan, Gəncədə orta, Ağdam, Şəmkirdə yüksək, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Həmçinin Balakən-Şəki bölgəsi üzrə yanğın indeksi Şəki, Balakən, Oğuz, Zaqatalada kiçik, Qəbələdə isə orta yanğın təhlükəsi növünə çatıb.

Qeyd edilib ki, yanğın indeksi Quba, Qusar, Altıağacda kiçik, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Qobustanda kiçik, Şamaxıda orta, İsmayıllıda yüksək yanğın təhlükəsi növündədir.

Bu göstərici Lerikdə orta, Astara, Yardımlı, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.