Lənkəranda bazar yanır - FOTO



 10:15 21.06.2024     307

Lənkəran şəhərində bazarda yanğın başlayıb.

Demedia.az xəbər verir ki, hadisə mərkəzi bazarın daxilində fəaliyyət göstərən "Al market"dən başlayıb. Yanğının miqyasının getdikcə böyüdüyü deyilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilb. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.