Kəlbəcər atəşə tutuldu



 10:00 22.06.2024     319

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri adekvat cavab tədbirləri görüb.