Tural güllələnəndə qızla olub, qatil maşından düşüb... - Video
Paytaxtın Nərimanov rayonunda, dünən axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub.
Demedia.az APA-ya istinadən xəbər verir ki, hadisə şahidi qətlə yetirilən Tural Kosayevin yanında qız olduğunu deyib.
"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı", - o bildirib.
Qeyd edək ki, hadisəni törədən 21 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.