Sertifikasiya imtahanlarında qüsurlar var - Deputat
Milli Qəhrəman Natiq Qasımovun anasına Prezident təqaüdünün verilməsi çox gözəl bir addımdır. Bu onu göstərir ki, gec də olsa, hər şey öz qiymətini tapır.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində təhsil səfərbərliyi var:
“44 günlük müharibədən sonra bizdə də təhsil səfərbərliyi elan edilməlidir. Müəllimlərin sertifikasiya keçirilir, amma sanki ən zəif bənd müəllimlərdir. Elə müəllimlər var ki, sertifikasiya imtahanından keçmək imkanı yoxdur. Sertifikasiya imtahanlarının özündə də qüsurlar var. Burada da dəyişikliklər olmalıdır. 50 dən yuxarı bal toplamış müəllimlərin maaşları artırılmalıdır”.