Laçında hind filmi çəkiləcək
Laçında hind filminin çəkilişlərinə başlanılacaq.
Demedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, filmin bir hissəsi hindistanlı rejissor Amil Amalın rəhbərliyi ilə artıq başqa rayonda çəkilib. Növbəti çəkilişlər isə Laçında aparılacaq.