Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb
Gəncədə intihar hadisəsi baş verib.
Demedia.az ın yerli bürosunun məlumatıma görə, hadisə xəstəxanaların birində qeydə alınıb.
Belə ki, iyunun 30-da Mahir Quliyev müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatanın pəncərəsindən özünü ataraq intihar edib.
Qeyd edək ki Mahir Quliyev iyun 26 da qeyri rəsmi nikahda yaşadığı qadını qətlə yetirib, bir kişiyə isə bıçaq xəsarəti yetirib. Sonra isə bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.