Prezident: "Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq"



 16:00 06.07.2024     444

"Böyük Qayıdış" Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb.

Demedia.az  xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.