Məşhur generalın vitse-spiker qardaşı başçı təyin olunur
Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikeri Adil Əliyevin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.
Demedia.az Azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə Prezident sərəncamının tezliklə elan olunacağı iddia edilir.
Qeyd edək ki, Adil Əliyev məşhur general, hazırda Belarusda Azərbaycanın səfiri vəzifəsində çalışan Məhərrəm Əliyevin qardaşıdır.