“SpaceX” Türkiyənin rabitə peykini daşıyan raketi orbitə buraxdı



 20:02 09.07.2024     312

"SpaceX" bazar ertəsi Türkiyənin rabitə peyki "Türksat 6A"nı orbitə daşıyacaq "Falcon 9" raketini buraxıb.

Demedia.az report-a istinadən xəbər verir ki, yayım şirkətin saytında aparılır.

Kanaveral buraxılış meydançasından buraxılış iyulun 8-də ABŞ-nin şərqi sahil vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 03:30) baş tutub.

Türkiyə hakimiyyəti bildirib ki, "Türksat6A" peyki Türkiyəni Cənub-Şərqi Asiya bazarına açacaq və 4,5 milyard insana xidmət göstərməyə imkan verəcək.