Everest zirvəsində 5 cəsəd aşkarlandı
Dünyanın ən hündür zirvəsi olan Everest zibilliyə çevrilib.
Demedia.az "Euronews"a istinadən xəbər verir ki, Nepal hökuməti dünyanın ən hündür zirvəsinin təmizlənməsi üçün uzun illər lazım olacağını deyib.
Bu il Nepal hökuməti Everest zirvəsindən 11 ton zibil, 4 cəsəd və bir skelet toplayıb. Alpinistlərin son düşərgəsi olan Cənubi Kolda hələ də 40-50 ton zibilin ola biləcəyi bildirilir. Zibillərə köhnə çadırlar, qida qabları, qaz patronları, oksigen balonları, çadır hissələri və kəndir kimi materiallar daxildir.