Bu qəsəbə QAZSIZ QALACAQ



 08:59 19.07.2024     331

Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Demedia.az-a “Azəriqaz” İB-dən bildirilib.

"Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", – məlumatda qeyd olunub.