Hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.