Azərbaycandan turist axını 23 % artıb



 21:32 16.08.2024     591

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % artaraq 1 milyon 223 min nəfər olub.

Demedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 21,4 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,1 %-i digər ölkələrə səfər edib.

Gedənlərin 65 %-ni kişilər, 35%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 37,8 %, Türkiyəyə gedənlərin sayı 19,3 %, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 %, Gürcüstana gedənlərin sayı 15,9 % artıb.

7 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,9 %-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.