Azərbaycanda 103 nəfər zəhərləndi - Ölənlər var



 13:29 03.09.2024     453

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.

KTM-dən Demedia.az-a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.