Kahramanmaraşda Heydər Əliyev adına ibtidai məktəb açıldı



 17:00 11.09.2024     560

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində Heydər Əliyev ibtidai məktəbinin rəsmi açılışı olub.

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində Heydər Əliyev ibtidai məktəbinin rəsmi açılışı olub.

Demedia.az  xəbər verir ki, açılış tədbiri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

Məktəb Azərbaycan bulvarı ilə Heydər Əliyev bulvarının kəsişdiyi Hayrullah məhəlləsində məktəb və məscid kimi əraziləri özündə birləşdirən 1000 evlik məhəllənin ilk binasıdır. Məktəbdə idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer də mövcuddur.

xəbər verir ki, açılış tədbiri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

Məktəb Azərbaycan bulvarı ilə Heydər Əliyev bulvarının kəsişdiyi Hayrullah məhəlləsində məktəb və məscid kimi əraziləri özündə birləşdirən 1000 evlik məhəllənin ilk binasıdır. Məktəbdə idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer də mövcuddur.

ürkiyədə baş verən 6 fevral zəlzələsindən sonra Azərbaycan xalqı qardaş ölkəyə hər sahədə dəstək olmağa davam edir.

Xatırladaq ki, 25 sentyabr 2023-cü ildə Naxçıvanda imzalanmış Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında qərar noyabr ayında “Rəsmi Qəzet”də dərc edilib.

Müqavilə fevralın 6-da Kahramanmaraşda baş vermiş zəlzələdən zərər çəkmiş bölgələrdən birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi ilə bağlı layihənin icrasının əsas prinsiplərini tənzimləyir.

1