Dövlət Suverenliyi Gününün qeyri-iş günü olması ilə bağlı...



 15:31 19.09.2024     333

Azərbaycanda Dövlət Suverenliyi Gününün qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir.

Bu barədə hökumətdəki mənbə məlumat verib.

O bildirib ki, hazırda qanunvericiliyə belə bir dəyişiklik olunmadığından 20 sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günü iş günü hesab olunur: "Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün hər il sentyabrın 20-sinin Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb.//Report.az